“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru, 74 yaşlı Abasağa İmanov koronavirusdan dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib.
Onun sözlərinə görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq bir aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib:
"6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib. AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".
Qeyd edək ki, bu, koronavirusa kütləvi yoluxmanın baş verdiyi, buna görə də sonrada işçilərin iş qrafikini ixtisar edən AzTV QSC-də son 1 ayda koronavirusdan 3-cü ölüm halıdır. Buna səbəb olaraq, qurumda ilkin mərhələdə virusa və ona yoluxanlara qarşı kifayət qədər tədbir alınmadığı göstərilir.