Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Həyat yoldaşının ağzından iy gəldiyi üçün boşananlar görmüşəm” - Stomatoloqdan ilginc açıqlama

  • 2018.01.09 16:44
  • 30442 Baxış
“Həyat yoldaşının ağzından iy gəldiyi üçün boşananlar görmüşəm” -  Stomatoloqdan ilginc açıqlama
Dünyada hər dörd insandan biri ağız qoxusu problemi yaşayır. 


Medicina.az xəbər verir ki, stomatoloqlar bunun daxili orqanlardakı problemlərdən əlavə, psixoloji problemə də səbəb ola biləcəyini bildiriblər. Türkiyəli stomotoloq Şiar Atmaca qeyd edib ki, bu, insanların özgüvənini azalda bilər: "Bu problem insanların özünə olan güvənlərinin sarsılmasına səbəb olur. Hətta bu səbəbdən evliliklərin bitdiyinə şahid olmuşam”. 


Ağız qoxusunun qulaqardı edilməməsinin vacibliyini vurğulayan Atmaca, gündə ən azı iki dəfə diş fırçalanmasının mühüm olduğunu bildirib:


"Professional ağız gigiyenası üçün qarqara və diş iplərindən istifadə edilməlidir. İldə 2 dəfə diş həkimi müayinəsinə gedilməlidir”.


Stomotoloq çürük dişlər qədər xroniki tənəffüs yolu problemləri və astma xəstəliyinin də pis qoxuya səbəb ola biləcəyini qeyd edib. 


"Ağız qoxusu boğaz şişləri, ağciyər infeksiyaları, böyrək və qaraciyər çatışmazlığının xəbərçisi ola bilər”, - deyə Atmaca vurğulayıb.

 

Şəhanə Quliyeva