“Azərişıq” ASC-nin əməkdaşı koronavirusdan vəfat edib.
Medicina.az xəbər verir ki, Cəlilabad rayon Günəşli kənd sakini, 1971-ci il təvəllüdlü Fərhad Hüseynov iki gün əvvəl xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, ötən gün koronavirusdan ölüb.