Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Azercell”dən yeni xidmət - Koronavirusla mübarizəyə dəstək

  • 2020.03.24 18:59
  • 1736 Baxış
“Azercell”dən yeni xidmət -  Koronavirusla mübarizəyə dəstək
“Azercell Telekom” mövcud gərgin qlobal vəziyyətdə milli iqtisadiyyatı və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni vasitələr təklif edir. Medicina.az xəbər verir ki, 24 Mart 2020 tarixindən etibarən Azercell istifadəçiləri “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı qazanıblar.

Abunəçilər həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqində “Mobil Ödəmə” bölməsinə daxil olaraq heç bir əlavə komissiya hesablanmadan istədikləri məbləği daxil etməklə nömrə balansından ödəniş edəcəklər. “Mobil Ödəmə” Xidməti vasitəsilə toplanmış məbləğ gündə bir dəfə Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank hesabına köçürüləcək.


Xidmət Azercell, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və PAŞA Bank-ın tərəfdaşlığı ilə həyata keçirilib.