Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Fariz Babayevin 60 illik yubileyidir.
"Medicina" xəbər verir ki, Fariz Hənifə oğlu Babayev 1963-cü ildə Bakı şəhərində anadan olub.
1980-cı ildə orta məktəbi bitirib. 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-pofikaktika fakültəsində təhsil alıb,
1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi ,1994-cu ildən böyük elmi işçi işləyib.
O, 1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi üzrə dissertasiya işini müdafiə edib. Respublikanın ali dərəcəli həkimidir.
Fariz Babayev 16 sentyabr 2021-ci il tarixində TƏBİB-in icraçı direktoru Vuqar Qurbanovun əmri ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
O, 2018-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib.
Təbrik edirik!