Diabet xəstəliyinin normal və alternativ müalicə metodları
5 il bundan öncəyə qədər hər kəs bu qənaətdə idi ki, diabet genetik, nəsildən nəslə keçən və ya xroniki, tam müalicəsi olmayan xəstəlikdir... İndi isə fikirlər dəyişir və bunun elmi sübutu var.
Medicina.az Amerika "MİR" Humanitar Tibbi Cəmiyyətinin direktoru, Almaniya “Beynəlxalq Humanitar Tibbi Yardım” Təşkilatının Azərbaycan üzrə rəhbəri, hazırda Almaniyada çalışan professor Ağabəy Azərbaycaninin diabet xəstəliyinin qarşısının alınması və müalicəsində şəxsi metodikası ilə bağlı yazısını təqdim edir:
“Diabet xəstəliyinin tibdə 2 forması var:
I tip diabet – uşaqlar, yeniyetmələr və gənclərdə erkən yaşlarda görünür. Mədəaltı insulin ifraz edə bilmir. Bu xəstələr ümumi diabet xəstələrinin 8%-dir. Qalan diabet xəstələri 90% hallarda30-35 yaşından sonra başlayan, çox geniş yayılan və bizim şəkər xəstəliyi dediyimiz II tip diabetdir.
İstər I tip, istərsə də II tip diabet xəstəliyinin genetika ilə bir o qədər də bağlılığı yoxdur. Faktlar var ki, 2 əkiz qardaşların valideynləri diabet olsa da, uşaqlardan biri şəkər olub və ya heç biri diabet olmayıb. Deməli, ata-anada şəkər varsa, övladı da mütləq diabet olacaq fikri 100% təsdiqlənmir və bu, bir fərziyyədir.
Azərbaycanda təəssüf ki, 30% xəstələrim gənc yaşlarından diabet və ürək xəstəliklərinə tutulublar.
Çoxu da içki və siqaretdən istifadə edib.
Onlara etdiyim məsləhət və müalicəvi metodikanı bölüşürəm.
1. Birincisi, diabetə yaxınlaşırsızsa, preddiabet və ya artıq şəkərsizsə, qidalanmağınızı dəyişib, tam diabetə uyğun yeməklər yeməlisiniz. Dərman yerinə təbii qidalardan, idman, gimnastika, hərəkətlə bu xəstəliyi geri çevirmək olar.
2. Əgər vaxtında diqqət etməsələr, ondan gələn fəsadlar da ağır olacaq. Şəkərli diabet bütün damar sistemini zədələyir, ürək damarlarını tutur, ateroskleroz yaradır, ürək və beyin infarktına səbəb olur. Hətta qarın nahiyəsindəki xırda damarları da tutaraq bağırsaqlara gedən damarlarda infarkt yaradıb, bir neçə günə ölümə səbəb ola bilər.
3. Diabet ayaqlarda qanqren və bu səbəbdən ayaqların kəsilməsi ilə əlilliyə, ölümə səbəb olur.
4. Diabet ürək-damar, göz xəstəlikləri, nevroloji problemlər yaradır.
İkinci tip diabetdə birincidən fərqli olaraq, mədəaltı vəz insulin ifraz edir, lakin orqanizm hasil olan insulinə müqavimət göstərdiyi üçün insulin dirənçi (insulin rezisdentliyi) yaranır. Buna görə bədəndə daha çox miqdarda insulin sintez olunur və qanda normadan çox şəkər meydana gəlir.
Xəstəliyin qarşısını vaxtında almaqdıqları üçün insanlar bir müddət qanda yüksək şəkərlə gəzir, xəstə sürətlə kökəlir, arıqlaya bilmir.
Bu gün tibdə istifadə olunan dərman və insulin xəstəni sağaltmır və tam kömək etmir. Çünki dərmanlar sadəcə simptomları götürür, yəni qanda qalxan şəkəri süni olaraq azaldır. Amma mədəaltı vəzi yenə də səhv fəaliyyət göstərir.
Bu ona bənzəyir ki, bir xəstədə infeksiyalı bir şiş yaranıb, bu ona ağrı və qızdırma verir. Biz infeksiya və şişi götürmək əvəzinə ona qızdırma və ağrı əleyhinə dərman veririk.
Diabetin müalicəsində də xəstəliyin əlamətlərini aradan götürmüş oluruq. Əsas xəstəliyi müalicə etməmişik.
Xilas olmaq üçün nələr etməlisiz?
Diabet xəstəliyini aradan götürmək, inkişafının və fəsadlarının qarşısını almaq istəyiriksə, birinci mövbədə qətiyyən şəkər (qlükoza) və nişastalı maddələrdən istifadə etməməliyik.
Şəkər əvəzinə meyvə və ya təbii bitki şəkərlərindən istifadə etməliyik. Məsələn, stevia və ya sucolin. Bunlar təbii şəkərlərdir, bağırsaqlara keçmir, qanda şəkəri çoxaltmır. Bu təbii şəkərlə siz mürəbbələrinizi də bişirə bilərsiniz.
Xəstələr çox yağlı, qırmızı mal əti yeməməlidir, proteindən istifadə etməməlidir.
Proteini də heyvani qidalardan yox, bitkilərdən, paxlalardan, məsələn lobyadan almaq olar.
Ət olaraq dərisiz, təbii toyuq əti və balıq yemək olar.
Əgər diabet öncəsi olan bir insan və ya diabetin başlanğıcında olan xəstə terapevtik bir oruc - intermittent fasting tuta bilərsə, bu onu qoruyar, sağlamlığını artırar.
Mübarək Ramazan ayı orucu kimi, gündə ən azı 12-14 saat ac qalmaq və ya sadəcə su içməklə yeməkdən imtina məsləhətdir. Həftədə 5 dəfə olmaqla 2-3 ay oruc tutmaq lazımdır.
Bu müddətdə yenə də şəkər qəbul etmək olmaz, yalnız təbii bitki şəkəri və qara çay yox, yaşıl çay içməlisiz.
Diabetlə mübarizədə ikinci şərt hərəkət, idman etməkdir. Kök və diabetli şəxslərin qarın, bel nahiyəsinin yağında bir hormone var ki, o insulin müqaviməti, qanda şəkər və təzyiqi yüksəldir.
Ona görə yeməyimizi dəyişsək və idman etsək, şəkərin normaya düşməsini, təzyiqin normal olmasını və diabet xəstəliyini geri çevirib, tamamilə normal halımıza dönə bilərik. Tam əmin edirəm ki, bu, mümkündür.
Uşaqları necə qidalandıraq ki, gələcəkdə xəstə olmasınlar?
Qarın, bel piylənməsi, bədəndə yağlar uşaqlıqdan yığılır. Çünki uşaqlarımıza zorla çoxlu yemək yediririk, onları hərəkətsiz saxlayırıq. Maşınla məktəbə aparıb gətiririk, idmana qoymuruq, evdə saxlayırıq.
Və uşaqda yağ hüceyrələrinin ölçüsü böyüyür, 30 yaşından sonra bədəndə hormonlar, vacib vitaminlər, mikroelementlər azalır və bu cavan insan xəstəliklərlə üz-üzə qalıb, 40 yaşına çatdıqda metobolik, ürək, damar xəstəliklərindən şikəst vəziyyətə düşür.
- Uşaqlara ət yeməkləri verə bilərsiz, amma dərisiz və yağsız, piysiz olmalıdır.
- Şirniyyatdan uzaq tutmaq lazımdır.
- Uşağı 7 yaşından yüngül və sevdiyi idman növlərinə qoymaq lazımdır.
Əgər dediklərimə əməl etsəz, bel, qarın və bədəndə yağ hüceyrələri kiçiləcək, normal çəkiyə dönə biləcəksiz.
Möcüzə qidalar:
- Buğdanın kəpəyindən və ya kəpəklisindən istifadə etmək şərtilə, bütün taxıl məhsulları – yulaf, arpa, çovdar istifadə edə bilərsiz.
- Az yağlı və yağsız süd və süd məhsulları
- Avokado, qarağat, alma, armud, tut, çiyələk, qaragilə, bütün sitrus meyvələri, soğan, araxis yağı, balıq (dərisiz), toyuğun döş əti (dərisiz), yağlardan bitki yağları – kokos, küncüt, zeytun gündə bir yemək qaşığından artıq olmaz.
- Paxlalılar – lobya, noxud, mərci yeyə bilərsiz
- Çərəzlər - gündə 30 qramdan artıq olmaz
Qadağan olunan məhsullar:
- Bütün növ qırmızı ət
- Kərə və heyvani yağlar
- Bütün yağlarda qızardılmış yeməklər
- Kartof qızartması – hansı ki, Azərbaycanda çox sevirlər.
- Hisə verilmiş məhsullar, şorabalar
- Yağlı, şəkərli şirniyyatlar
Alternativ qida əlavəsi, vitamin, minerallar
- Darçın, fenyagriek, chromium picolinate – xrom mineralı, vanadium, picnogenol (şam ağacı qabığından alınmış).
- Alfa lipoyik turşusi, Magnesium, Omega 3 balıq yagi, Vitamin D3, Kalsium , Vitamin K2, acetyl L karantin
Chromium bəzi diabet dərmanlarından dəfərlərlə çox effektivdir. Hətta onun mazı, kremi diabetik yara və xoralarda istifadə oluna bilər.
Bu qeyd etdiyim məsləhətlərə əməl etsəz, 3 aya qədər terapevtik oruc da tutsaz, özünüz şahidi olacaqsız ki, şəkəriniz qanda normala düşəcək, piylənmədən, təzyiqdən xilas olacaqsız.
Mən Bakıda da olanda diabet və təzyiq xəstələrimi bu metod və vasitələrlə uğurla müalicə etmişəm".
Aygün Musayeva