Azərbaycanda çox rast gəlinən onkoloji xəstəliklərdən biri də böyrək karsinomasıdır. Sürətlə böyrəyi zəbt edən şiş hüceyrələri böyrəyi tam tutaraq, onun fəaliyyətini sıradan çıxarır.
Uroloq onkoloq Elnur Əliyev insanların çoxsaylı marağını nəzərə alaraq, maarifləndirici məqsədlə yenicə əməliyyat edib çıxardığı böyrəyi kəsərək, onu tamamilə əhatə etmiş 9 sm-lik bədxassəli şişi göstərir.
Həkim qeyd edir ki, şiş piyin içindəydi və böyrəyi elə tutmuşdu ki, böyrək görünmürdü. Belə halda böyrəyi saxlamaq olmazdı. Əməliyyat zamanı şişə toxunmadan böyrək tam çıxarılıb. Həkim bildirib ki, düzgün əməliyyat və müalicə olunarsa, çox vaxt belə xəstələr onkoloji diaqnoz olmasına baxmayaraq, 10-12 il yaşaya bilirlər.