Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı tibb aliminin 100 yaşı tamam oldu

  • 2022.11.10 14:34
  • 1813 Baxış
Azərbaycanlı tibb  aliminin 100 yaşı tamam oldu
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna əməkdaşı Şəfiqə Mahmudovanın 100 yaşı tamam olub.



"Medicina" xəbər verir ki, institutun direktoru, professor Adil Allahverdiyev və əməkdaşları Şəfiqə Mahmudovanı ad günü münasibətilə təbrik ediblər.


Eyni zamanda, institutun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Şəfiqə Mahmudovaya müəssisənin fəxri professor adı verilməsi məsələsi müzakirə edilib və yekdilliklə qəbul olunub.

Bu fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara hörmət və minnətdarlıq simvolu olaraq verilir.


Qeyd edək ki, Şəfiqə Mahmudova Azərbaycan elminin inkişafına şöhrət qazandıran alimdir. İnstitut tarixində ilk dəfə fəxri professor adına layiq görülüb. Şəfiqə Mahmudova 83 elmi məqalələrin, o cümlədən "İnsan helmintozları" monoqrafiyasının müəllifi və “Malyariya Azərbaycanda” monoqrafiyasının həmmüəllifidir. O, "Səhiyyə əlaçısı" və akademik Skrabinin 100 illiyinə həsr olunmuş medal ilə təltif olunub.


Şəfiqə Mahmudovanın səmərəli fəaliyyəti dövlətimiz tərəfindən də diqqətdən kənarda qalmayıb və o, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Aygün Musayeva