Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb.
Şairin sözlərinə görə, son testlərinin nəticəsi neqativ çıxıb:
“Artıq evdəyəm. Səhhətim normaldır. Bərpa prosesi keçməliyəm. Bütün dostlara, həkimlərə təşəkkür edirəm”.
Qeyd edək ki, koronavirusa yoluxan S.Babullaoğlu iyunun 18-də xəstəxanaya yerləşdirilmişdi.