Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədliyə ağır itki üz verib.
"Medicina" xəbər verir ki, onun həyat yoldaşı filologiya elmləri doktoru Nəzakət Məmmədli vəfat edib.
53 yaşlı alimin ötən gün axşam saatlarında qəfil ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
Alllah rəhmət eləsin!