Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı psixiatrdan yeni kitab - Psixiatriyaya aid suallara cavablar

  • 2024.01.24 17:24
  • 1621 Baxış
Azərbaycanlı psixiatrdan yeni kitab   - Psixiatriyaya aid suallara cavablar

Azərbaycanda psixiatr həkim, tibbi ekspert Abdulla Şıxlinskinin tibbi-elmi kitabı çap olunub.

“Medicina” xəbər verir ki, 37 illik psixiatrik təcrübəsi olan həkim uzun illər Moskvada çalışıb. Hazırda isə Bakıda fəaliyyət göstərir.


Kitabda insan ruhu və onun xəstəlikləri, psixi xəstəliklərin növləri, müalicə metodları, hazırda Azərbaycanda çox yayılan narkomaniya və alkoqolizm və digər psixi pozuntuların səbəbləri, uşaq autizmi barədə elmi yanaşma və öz təcrübəsindən qaynaqlanan məqamlar yer alıb.


Uşaq və böyüklərdə psixi xəstəliklərin fərqləri, şəxsiyyət dəyişiklikləri, psixiatriyada transkranial maqnit stimulyasiyasının effekti barədə də bölmələr var.

Kitabın müəllif hüquqları qorunur.

Medicina.az zamanla kitabdan maraqlı hissələri təqdim edəcək.

Aygün Musayeva