Ukraynada M. Qorkiy adına 1 saylı şəhər xəstəxanasının cərrahiyyə kafedrasının professoru, tanınmış cərrah Fərman Gülməmmədov 82 yaşında vəfat edib.
Medicina.az xəbər verir ki, o, bir çox cərrahların müəllimi idi.
O, Doneskdə ali məktəbi bitirdikdən sonra 1964-cü ildən Ukraynada qalaraq feldşer vəzifəsindən ali dərəcəli cərraha kimi yüksəlib.
Fərman Gülməmmədov mədə-bağırsaq əməliyyatları üzrə professor idi.
O, 1991-1993-cü illərdə Bakıda da çalışıb.
1996-cı ildən 1 saylı xəstəxananın ümumi cərrahiyyə kafedrasının rəhbəridir.
16 elmi tibbi yeniliyin müəllifi idi.
2002-ci ildə Ukraynanın Əməkdar elm xadimi fəxri adını alıb.
Allah rəhmət eləsin!