Azərbaycanlı prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.
"Medicina" xəbər verir ki, qızı Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş.
O, 2 il əvvəl ailə qurub, Almaniyada yaşayırdı.
Rövşən uzun illər mərhum Xalq artisti Səməd Səmədovla çalışıb, Flora Kərimovanın prodüseri olub.
Hazırda Əməkdar artist Manana Çaparidzenin prodüseridir.