Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı müğənninin beyninə qan sızdı

  • 2021.11.13 12:24
  • 1971 Baxış
Azərbaycanlı müğənninin  beyninə qan sızdı
Bəstəkar-müğənni Pərviz Mahmudovun səhhətində problem yaranıb.

Medicina.az xəbər verir ki, bu barədə Olay.az-a onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, sənətçinin bir neçə gün əvvəl beyninə qan sızıb və xəstəxanaya aparılıb. Pərviz hazırda "Leyla Medical”ın reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, 38 yaşlı bəstəkar Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova, Sevda Yahyayeva kimi sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.