Şöhrətin yükünü çəkmək çətindir. Uzaqdan qüsursuz, parıltılı görünən həyatlar yaxından baxdığımız zaman bizi təəccübləndirə bilər. Adətən, onların heç bir narahatlıqları yoxmuş kimi xoşbəxt poza verdiyini görürük, amma həqiqət başqadır. Bəzi məşhurlar ağır sinir xəstəlikləri ilə mübarizə aparır.
Bakupost.az sinir xəstəliklərindən əziyyət çəkən azərbaycanlı məşhurları təqdim edir.
Xalq artisti Aygün Kazımova pika xəstəliyindən əziyyət çəkib. İfaçı bu xəstəliyini ilk dəfə 2015-ci ildə etiraf edib.
Qeyd edək ki, bu xəstəliyin yaranma səbəbi nadir psixi pozuntudur. Bu xəstəliyin daşıyıcıları PİKA (pozuntulu iştah) sindiromuna yoluxurlar. Sözügedən pozuntuya məruz qalan insanlar təbaşir, daşkömür, daş yeyirlər.
Xalq artisti Röya müsahibələrinin birində əsəb-sinir sisteminin yerində olmadığı üçün ağır müalicələr aldığını etiraf etmişdi. O bildirmişdi ki, bəzən əsəblərini sakitləşdirmək üçün həkimlər ona yüksək dozalı iynələr vurmalı olur.
Əməkdar artist Ehtiram Hüseynov dağnıq skleroz xəstəliyindən əziyyət çəkir. Dağınıq skleroz xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir.
Xalq artisti Könül Xasıyeva uzun illərdir onurğa iflicindən əziyyət çəkir.
İflic mərkəzi sinir sistemi - baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsidir.
Aktyor Allahverdi Yolçuyev parkinson xəstəliyindən əziyyət çəkir. Neyroendogen xəstəliklər qrupuna daxil olan bu xəstəlik mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.
Əməkdar artist Firuzə İbadova ağır stress səbəbindən iflic keçirib. Bir müddət bədəninin bir hissəsini hərəkət etdirə bilməyən müğənni xəstəliyə qalib gələ bilsə də, zərərləri tam aradan qalxmayıb.
Əməkdar artisti Naibə Allahverdiyeva uzun illərdir əsəb pozuntusundan əziyyət çəkir. Dəfələrlə xəstəxanada müalicə alan aktrisaya həkimlər müalicəni dayandıracağı tədirdə iflic ola biləcəyini deyiblər.