Təbriz Əmək və İşçi Evinin katibi Kərim Sadiqzadə koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, onun Təbriz Bələdiyyə İdarəsinin həyata keçirdiyi dezinfeksiya tədbirlərində iştirak edən zaman virusa yoluxduğu bildirilib.
Xatırladaq ki, bir qədər əvvəl Təbriz Bələdiyyə İdarəsinin yanğınsöndürmə xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə koronavirusdan vəfat edib.
axar.az