\Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanov dünya miqyaslı “ABBOT” təhsil şəbəkəsində proktor həkim statusunu qazanıb.
"Medicina" xəbər verir ki, invaziv kardiologiya sahəsində flaqman sayılan bu şəbəkənin sertifikatı azərbaycanlı həkimin bütün dünya üzrə təlimçi statusunu təsdiqləyir.
"ABBOT” təhsil şəbəkəsi dünya üzrə cəmi 12 həkimə proktor statusunu verib. Azərbaycanlı həkimin dünya üzrə 12 mütəxəssisdən biri olması ölkəmizin səhiyyə sisteminin inkişafından xəbər verir.
ATU əməkdaşının bu nailiyyəti uzunmüddətli zəhmətin bəhrəsidir. Çünki, sözügedən sertifikat verilməzdən öncə həkimlərin akkreditasiyaları, apardığı əməliyyatlar, beynəlxalq tədbirlərdə iştirak və s. araşdırılır. Daha sonra bir neçə ay davam edən imtahanlardan uğurla keçən namizədlər proktor həkim elan edilirlər.