Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, jurnalist bu barədə şəxsi feysbuk hesabında xəbər yayıb. Bildirib ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:
"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".