Aprelin 20-də "JW Marriott Absheron" otelinin Şərq zalında keçiriləcək "I Beynəlxalq Elmi-Praktiki Simpozium "da Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində çalışan 3 həkim də çıxış edəcək. İtaliya, İcveçrə və Türkiyənin dünyada tanınmış həkim və mütəxəssislərinin mühazirə söyləyəcəyi bu beynəlxalq tədbirdə alim və həkimlərimizin də yer alması ölkəmizin səhiyyə sistemindəki inkişafa bir nümunədir.
Bu onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən həkim və mütəxəssislər tibbin istənilən sahəsinə aid mövzularla bağlı beynəlxalq lektorlarla müqayisə edilə, fikir mübadiləsi apara biləcək bilik və təcrübəyə malikdirlər.
Simpoziumun məruzəçilərindən biri--tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, həkim-terapevt Fikriyyə İbrahimli artıq neçə illərdir ki, beynəlxalq dərəcəli lektordur.İnteqrativ Təbabət üzrə ekspert kimi dəfələrlə Avropa ölkələrində keçirilən tədbirlərə məruzəçi olaraq dəvət alıb. Fikriyyə xanım həm də Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycanda təsis edilmiş “Bioloji Təbabət və Antihomotoksik Terapiya” Cəmiyyətinin sədridir. İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzinin rəhbəri kimi Azərbaycanın müxtəlif rayonlarında və Naxçıvan Muxtar Respublikasında təşkil edilən onlarla seminar və konfranslarda yerli həkimlərə İnteqrativ Təbabətin müalicə metodları barədə mühazirələr oxuyub. Belə tədbirlər sayəsində artıq müxtəlif bölgələrdə fəaliyyət göstərən yüzlərlə həkim öz praktikasında bu fərqli müalicə üsullarını tətbiq etməyə başlayıb.
\Qeyd edək ki, İnteqrativ Təbabətin müalicə imkanları çox genişdir. Xroniki və degenerativ xəstəliklərin müalicəsi zamanı effektivlik baxımından daha önəmli bir metoddur.Çunki, istifadə edilən preparatlar orqanizmə heç bir kimyəvi zərər vermir, ozonoterapiya, osteopatiya, manual terapiya, homosiniatriya, akupunktura kimi sübut olunmuş müalicə üsulları xəstəliyin deyil, bütövlükdə xəstənin sağalmasına yönəldiyindən yalnız pasientin səhhətindəki problemlər aradan qalxmır, əhval-ruhiyyəsində, psixoloji durumunda da müsbət dəyişiklliklər olur.
Simpoziumda çıxış edəcək digər 2 həkim Arzu Musayeva və Arzu Quliyeva uzun illərdir Bioloji Təbabət İnteqrativ Müalicə mərkəzində terapevt kimi fəaliyyət göstərirlər. Hər ikisi 15 ilə yaxın bir müddətdir ki, İnteqrativ Təbabət üzrə Almaniya, İtaliya, İsveçrə, Rusiya və s. ölkələrin mütəxəssislərinin seminarlarında iştirak edərək bu sahədə özlərini təkmilləşdiriblər. Artıq həm Arzu Musayeva, həm də Arzu Quliyevanın pasientləri arasında təkcə Azərbaycandan deyil, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Rusiya və s. ölkələrdən müraciət edən vətəndaşlar da var. Arzu Musayevanın şəkərli diabetin və damar tutulmalarının gecikmiş fəsadı olan trofik xoraların müalicəsində uğurlu nəticələri Almaniyada bu təbabətin banisi H. Rekkeveq mükafatına layiq görülüb. Arzu Quliyeva isə müalicəyə çətin tabe olan xoralı kolit və kron xəstəliyinin müalicəsində əldə etdiyi effektli nəticələrə görə ölkədə tibbi turizmin inkişafına daha çox töhvə verən həkimlərdən sayılır.
Xatırladaq ki, simpozium XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA" mövzusuna həsr olunub.
Medicina.az