Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim briqadası ağır vəziyyətdə olan xəstənin həyatını xilas edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən
Medicina.az -a verilən məlumata görə, xəstəxanaya 1961-ci il təvəllüdlü kişinin infarkt keçirməsi və ürəyinin dayanması ilə bağlı müraciət daxil olub.
Həkimlər Vüsal Rüstəmli və Pərviz Əlizadə dərhal reanimasiya tədbirlərinə başlayıblar, pasiyentə ürək masajı ediblər. 10 dəqiqə davam edən cəhdlərdən sonra pasiyentin ürək ritmi bərpa olunub.
Xəstə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti stabil ağır qiymətləndirilir.