Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı pediatrdan töhfə: Gənc analar üçün mükəmməl dərslik - VİDEO

  • 2020.06.19 16:34
  • 7108 Baxış
Azərbaycanlı pediatrdan töhfə:   Gənc analar üçün mükəmməl dərslik - VİDEO
Analar əlavə qida barəsində nə bilməlidir? Analar bilməlidir ki, əlavə qida dedikdə, “artıq uşağa hər şey vermək olar“ nəzərdə tutulmur. Analar bilməlidir ki, əlavə qida elə əlavədir, əsas qidaya çevrilib ana südünün yerini tutmalı deyil. Analar bilməlidir ki, körpəyə əlavə qida verilərkən onun sadəcə insan olduğu deyil, həm də çox körpə insan olduğunu nəzərə almaq lazımdır. Beləliklə, biz uşaqları əlavə qidaya keçirərəkən onların sağlamlığını qorumuş olarıq.

Əlavə qida ilə bağlı çoxsaylı miflər mövcuddur. “Qoy uşaq hər şeydən az-az yesin, öyrəşsin”, “Uşaq iy çəkər”, “İndidən verməsən, sonra yeməyəcək”, “Duz qat. Şəkər qat. Dadsız necə yesin“ və s. kimi fikirlərlə ətrafdan uşaq qidalanmasına yanlış müdaxilələr olur. Bu mudaxilələri edən insanlar istəklərinə çatarlarsa, uşaq sağlamlığı ilə bağlı bir sıra rahatsızlıqlar yaşayar. Biz isə bu rahatsızlıqları görməyə və ya çox gec görə bilərik. Çünki heç də həmişə əlamətlər qabarıq şəkildə özünü biruzə vermir.
Bütün bunlar baş verməsin deyə, analar maariflənməli, oxumalı, öyrənməlidirlər. Körpənizin rejimi, qidalanması, qulluğu nəsildən-nəslə keçən səhv fikirlər deyil, doğru məlumatlar əsasında qurulmalıdır. Analıq məktəbinə daxil olmuş hər bir xanımın etibarlı mənbəyə söykənən bir dərsliyi də olmalıdır.

Əziz analar və ana olmağa hazırlaşan xanımlar, öyrənmək və bilikli ana olmaq istəyirsinizsə, pediatr Aytən İsmayılzadənin müəllifi olduğu “Əlavə nə verim?“ adlı məlumat kitabçasını əldə edin. Kitabça şəhərimizdə müxtəlif kitab mağazalarında satılır. Eyni zamanda, rayonlara poçtla gönədrilir. Əlavə məlumat və sifariş üçün əlaqə nömrəsi: 0703907040

İnstaqram: