"Amerikada yaşayan azərbaycanlı həkim, tibb üzrə fəlsəfə doktoru Rauf Şahbazov bu gündən Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzində Orqan Transplantasiyası Diviziyasının rəhbəri kimi fəaliyyətə başlayır".
Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında telejurnalist Qənirə Ataşova bildirib.
"Rauf müəllimi Bakıdan tanıyıram. Öz üzərində dayanmadan çalışan həmyerlimizlə fəxr edirəm. Rauf bəy, diaspor fəaliyyətində də icmamız üçün var qüvvəsi ilə çalışır. Azərbaycanın adını hər yerdə yüksək tutan Rauf müəllimin yeni təyinatı barədə Albany Tibb Mərkəzinin veb-saytında da informasiya yerləşdirilib. Bioqrafiyasını oxuyanda insanın içi fərəhlənir. Oxuyun, siz də sevinəcəksiz. Rauf müəllim, enerjiniz tükənməsin!", - deyə Qənirə Ataşova qeyd edib.