Azərbaycanlı kişi Siyavuş Həmidov müalicəvi kreslo ixtira edib.
Medicina.az xəbər verir ki, bu kreslo prostat vəzi xəstəliyinin müalicəsi və kişilərdə potensiyanın artırılması üçün nəzərdə tutulub.
İxtiraçının dediyinə görə, əvvəlcə qurğunu avtomobilin oturacağında quraşdırıb və sınaqdan keçirib. Faydasını gördükdən sonra, düşünüb ki, hamının avtomobili olmaya bilər. Həm də ofisdə işləyən insanları düşünərək, qurğunu kreslo halına çevirib.
Onun sözlərinə görə, özü və ətrafındakı bəzi dostları 3 ildən çoxdur ki, bu oturacaqdan istifadə edib və faydasını görüblər.
Kreslonun mexanizmi sadədir. Onun sağ tərəfindəki düymə ilə kreslonun ortasına yerləşdirilmiş "yəhər"i aşağı-yuxarı idarə etmək olur. Bu hər insanın öz fiziki ölçüsünə görə, "yəhəri" tənzimləməsi üçün düşünülüb. Digər bir düymə isə "yəhər"in titrəyişini təmin edən zəif və sürətli ölçüdən ibarətdir.
Siyavuş Həmidov ixtirasının ekspertizalardan keçərək müsbət rəy aldığını və patentləşdiyini qeyd edib.
Həmin videonu təqdim edirik: