Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı həkimdən koronavirusla bağlı ÇAĞIRIŞ

  • 2020.02.03 15:47
  • 9623 Baxış
Azərbaycanlı həkimdən koronavirusla bağlı   ÇAĞIRIŞ
Azərbaycanlı uzman pediatr öz sosail şəbəkə hesabında son günlərin ən çox müzakirə mövzusu olan koronavirusla bağlı çağırış edib.

Medicina.az xəbər verir ki, onun fikrinə görə, sosial media əhalidə panika halını daha da artırır:

"Yəqin ki, hamınız uşağınıza dərman içirdərkən nə qədər çətinlik çəkdiyiniz görmüsünüz.Uşaq acı dada müqavimət göstərir,heç bir vəchlə içmək istəmir.Amma acı suspenziyanı və ya məhlulu, şərbət yaxud da kompotun içinə qarışdırıb verəndə problem yaranmır. Yalan da belədir,doğruya qarışdırılıb veriləndə təsirini tez göstərir.

Son günlər dünya hər gün qəzet və televiziya,sosial mediadan Koronavirus haqqında xəbərlərlə dolub daşmaqdadır.Xəbər kanalları həyəcanlı musiqilərin müşaiyəti ilə “yaxınlaşan fəlakət ssenarisinin"anonsunu verir,tamamilə nəzarətsiz qalan sosial media isə əhalidə panikanı daha da artırırlar".

"5 mikrondan kiçik hava hissəcikləri danışıq,asqırma və öskürmə zamanı qarşıdakı şəxsin selikli qişalarına (ağız,burun,göz) təmas etməsi yoluxmaq üçün yetərlidir" - deyə, pediatr əlavə edib:

"Coronavirus kiçik RNT virusu olub,insanlara (it,pişik,donuz,yarasa və.s) heyvanlardan yoluxur. 31 dekabr 2019da isə Çinin liman şəhəri olan Vuhanda dəniz məhsulları və sadalanan heyvanların satıldığı bazar işçilərində rast gəlinmişdir. Virusun mutasiyaya uğradığı və artıq insandan insana hava-damcı yolu ilə yayıldığı aşkara çıxmışdır. 5 mikrondan kiçik hava hissəcikləri danışıq,asqırma və öskürmə zamanı qarşıdakı şəxsin selikli qişalarına (ağız,burun,göz) təmas etməsi yoluxmaq üçün yetərlidir. Gizli dövrü 7-14 gün olaraq qəbul edilir.

Əlamətləri: qızdırma,öskürək, tənginəfəslikdir ki ,pnevmoniya,kəskin tənəffüs çatışmazlığı və böyrək çatışmazlığına qədər inkişaf edib ağırlaşa bilir.

Ümumdünya Səhiyyə Təşkilatının 01.02.2020 tarixli məlumatına görə, 11953 xəstə var, bunların 11.821 Çindədir, 259 ölüm var. Yaponiyada 17, ABŞ-da 7, Rusiyada 2, BƏƏ 4 olmaqla xəstə sayı qeydə alınıb. Yazı yazılan anda xarici mətbuat vasitələrinin yaydığı xəbərdə isə, ölüm sayının 304-ə çatdığı və Filippində ilk ölüm hadisəsinin qeydə alındığı yazılıb".