Tanınmış kök hüceyrə uzmanı, nevroloq Sevinc Heydərova Türkiyənin www.yerelhaberim.net saytına müsahibə verərək, kök hüceyrənin xəstəlik və kosmetologiyada möcüzələrindən danışıb.
1. Oxuculara özünüz barədə məlumat verərdiz.
- Mən Sevinc Heydərova nevroloq uzman, regenerativ və kök hüceyrə üzrə mütəxəssisəm. Regenerativ kök hüceyrə əslində bizim üçün də, Türkiyə üçün də yeni bir termindir, müalicədir.
- Tibb fakultəsini öz arzunuzla seçmisizmi?
- Uşaqlıqdan atama çox bağlıydım. Atam vəkil olduğundan həmişə vəkil olmağı, onun kimi olmağı arzulayırdım. Babam isə uğurlu bir həkim idi. Rəhmətlik mənim həkim olmağımı çox istəyirdi. Hələ uşaq ikən iynə vurmağı o öyrətmişdi mənə. Onun xəstə müayinələrini izləyirdim, xəstələrin onu necə sevdiklərini, təşəkkür etdiklərini görürdüm. Məktəbin son siniflərində atama hüquq üzrə gedəcəyimi və onun kimi olacağımı dedim. Buna qarşı çıxması, amma bir hüquqşünas kimi qadın üçün bu peşənin çətin tərəflərinigöstərdi. Mən onu dinlədim, başa düşdüm və həkim olmaq qərarını verdim. Buna ən çox sevinən isə babam oldu.
- Tibb Universitetinin məzunu olduqdan sonrakı uğurlarınız?
- Özəl xəstəxanada işə başladım. Qısa zamanda anladım ki, həkimlərin şəxsi həyatı olmazmış, həyatları, zamanları həmişə müalicə etdikləri insanların sevinci, dərdi və narahatlıqlarından ibarət olur. Sənətimlə bağlı daim öyrənməyə çalşdım, səyahət etdim, dünyanın hər yerində konqreslərə qatıldım, nə yenilik gördümsə öz ölkəmə gətirdim. Mən insanlara şəfa vermək üçün bu dünyaya gəldiyimi bildim, anladım, bu da mənə xoşbəxtlik verir.
Yeni bir layihə ilə bağlı Almaniyaya getdim. İnme mərkəzinin qurulması yönümdə təhsil aldım, geri dönüb insanlara bu barədə məlumat verdim. İnsult xəstələrinin müalicəsi üçün 3-5 saat olduğunu nəzərə alsaq, insult mərkəzlərinin olmasının əhəmiyyətini çatdırdım.
Sonra proploterapiya deyilən müalicə ilə tanış oldum. Bu metodla sağalan xəstələri gördükcə, niyə bizdə də olmasın düşündüm. Bu məqsədlə İstanbula gedib, bu yöndə təhsil aldım, eyni ordakı sistemi daha geniş şəkildə Bakıda qurdum.
Və Regenerativ Tibb Mərkəzi yarandı. 11 ildən çoxdur ki, boyun, bel yırtıqları, spondilyoz, diz, sümük, oynaq ağrıları, fibromialgiya, tendonit, miqren müalicəsi ilə məşğuluq. Ağrının simptomunu yox, ağrını yaradan səbəbi müalicə edirik.
Proloterapiyanın ən böyük avantajı isə zərərsiz olması, hər yaşda edilə bilməsi və orqanizmin özünü bərpa edə bilməsidir.
- Kök hüceyrə müalicəsi haqqında insanlara nələr deyə bilərik?
- Allah bizə sağalmağımız, gözəlləşməyimiz üçün öz bədən yağımızda kök hüceyrələr saxlayıb. Bu bizə Tanrıdan hədiyyədir deyə düşünürəm.
Qədimdən ata-babalarımız sümük, oynaq ağrılarını quyruq yağı ilə masaj edəərk müalicə edirmişlər.
İnsanlar bunu instinktiv olaraq seçirdi, amma quyruq yağında olan kök hüceyrələri həqiqətən işə yarayırdı.
Sonradan elm yağın kök hüceyrələrlə zəngin olduğunu kəşf etmiş və bir çox xəstəliklərin müalicəsində tətbiq edilib.
Kök hüceyrə illərdir mənim diqqətimi çəkirdi. Bakıda belə bir mərkəz uzman yox idi.
2017-ci ildə Regenerativ Tibb və Kök hüceyrə Mərkəzini qurdum. Bunun üçün yenidən İstambulda kök hüceyrə üzrə məktəbi oxudum. Kök hüceyrə Konqresində Bioten şirkəti ilə tanış olduq.Bu şirkət kök hüceyrə laboratoriyasının qurulmasında mənə çox yardım etdi. Bu dünyada bir nömrəli müasir laboratoriyadır. Kök hüceyrə həssas hüceyrələrdir, çalışma sistemi dəqiq olmayan cihazlarda həmin an ölə bilirlər. Burda sentrafuqa da çox vacibdir. Orijinal cihazlar olmasa, keyfiyyətli kök hüceyrə almaq olmaz. Etdiyiniz kök hüceyrə isə xəstəni sağaltmaz.
Biotrenbiothechnology mənə Azərbaycanda öz rəsmi nümayəndəliyini verdi. İSSCA-ya üzv oldum.
İstanbulda Regen.İC , Baküde RegenStem Centeri qurduq. Bu, Azərbeycanda ilk kök hüceyrə mərkəzidir. Mərkəzimizdə sümük xəstəlikləri, onurğa, oynaqlar, saç, yanıq, plastik cərrahiyyə, kosmetologiya, eləcə də uroloji, ginekoloji bəzi problemlərdə kök hüceyrə müalicələri edirik.
- Kök hüceyrə ilə 15 yaş gəncləşmə mümkündür deyirlər. Bu, doğrudur, yoxsa sadəcə boş sözlərdir?
- Dediyim kimi, kök hüceyrələr bir möcüzədir.
Onlar ömür boyu bölünüb çoxalmaq, transfer etdikləri toxumaya dönmək, orqan, toxuma yeniləmək qabiliyyətinə malikdir.
Antiaging – yaşlanma əleyhinə də çox istifadə olunur. Burda məsələ belədir: biz illər keçdikcə, yaşlandıqca gənclik hüceyrələrimizi itiririk. Kök hüceyrə müalicəsində biz milyonlarla hüceyrəni üzə transfer edərək, 15 yaş gənləşmə əldə edə bilirik.
Bu müalicədən sonra pasiyent üzündəki dəyişimi görür, gəncləşdiyini deyir. Kök hüceyrə təbii yolla sizi 15 il öncəyə aparır. Ən müsbət tərəfi isə müvəqqəti yox, qalıcı olmasıdır.
Üzə kök hüceyrə transferi ilə: üzdəki qırışlar gedir, ləkələr fedir, üz dərisi körpə dərisi kimi olur, liftinq olur, qalıcı yanaq, dodaq dolğusu edilir, çapıq, yanıq izləri itir.
Xəstənin digər istəkləri də nəzərə alınır. Hər şey mümkündür.
- Gələcək planlarınız barədə nə deyə bilərsiz?
Yaxın zamanda Azərbaycanda analoqu olmayan bir laboratoriya qurmağı planlaşdırırıq. Şəkər xəstəlikləri, irsi xəstəliklər, serebral iflic, MS xəstəliyi kimi müalicəsi mümkün olmayan xəstəliklərin də yeni metodla müalicəsində bir ümid olacağımızı düşünürük.