Uzun illərdir Almaniyada çalışan azərbaycanlı həkim Rüstəm İbrahim bu yaxınlarda Gelsenkirxen şəhərində yerləşən Bergmannsheil və Buer Uşaq xəstəxanasının Radiologiya və İnvaziv Neyroradiologiya bölməsində baş həkim vəzifəsinə təyin olunub.
Aztibb.az xəbər verir ki, bununla da Almaniya klinikalarında baş həkim (CHEFARZT) kimi çalışan soydaşlarımızın sayı 4-ə çatıb.
R.İbrahim 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxananın Tibbi Görüntüləmə/Radiologiya şöbəsində həkim işləyib.
O, 2012-ci ildə Almaniyada Frankfurt Universitet Klinikasında Diaqnostik və İnvaziv Radiologiya şöbəsində assistent həkim, 2012-2016-cı illərdə Knappschaft Xəstəxanasının Radiologiya və Nüvə Təbabəti şöbəsində assistent həkim, 2016-2017-ci illərdə həmin şöbədə mütəxəssis həkim, 2017-2023-cü illərdə isə baş mütəxəssis və İnvaziv Neyroradiologiya bölməsinin müdiri vəzifələrində çalışıb.