Azərbaycanlı həkim mütəxəssis Elvin Hüseynov Almaniya tibb elmində ilkə imza atıb.
Medicina.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov öz "Facebook" hesabında paylaşım edib.
“Almaniyanın Köln şəhərində Azərbaycanlı Həkimlərin I Forumunda Köln "Augustireninnen" Xəstəxanasının ağciyər xəstəlikləri, allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasının şöbə müdiri və aparıcı mütəxəssisi Elvin Hüseynov kliniki təqdimatla çıxış edib.
Elvin Hüseynov Almaniya tibb tarixində ilk dəfə allergik bronxopulmonal kandidiaz xəstəliyinin dəqiq diaqnozunu qoyan həkim kimi tarixə düşüb. Onun bu xəstəlikdə tətbiq etdiyi effektiv "off-label" müalicə dünya elmi ədəbiyyatında bir ilk olmuşdur”.