Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı gənc həkim Almaniyada itkin düşüb

  • 2021.11.02 15:38
  • 2354 Baxış
Azərbaycanlı gənc həkim Almaniyada itkin düşüb

Almaniyada yaşayan azərbaycanlı həkim Toğrul Cəfərli itkin düşüb.



Medicina.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun həyat yoldaşı Ülkər Qaçayeva məlumat verib.



O bildirib ki, T.Cəfərli 27 oktyabrda Macarıstandan Frankfurta eniş edib və həmin andan onunla əlaqə kəsilib:

“Mənə demişdi ki, layihələrim var, Macarıstanda investorlar tapmışam. Macarıstana gedib bir gün orada qaldı və yenidən Frankfurta qayıtdı. Mənimlə sonuncu dəfə oktyabrın 27-də danışıb. Hava limanına eniş edəndən sonra hara getdiyi bilinmir. Həmin gün mən Bakıda idim. 2 gün xəbər ala bilmədiyim üçün dərhal Almaniyaya getdim. Ailə üzvünün müraciəti olmadan polis məsələyə baxmırdı. Polisin araşdırmasına görə, Frankfurt hava limanına eniş edib və heç bir hava şirkəti ilə Almaniyadan çıxış etməyib”.


Qeyd edək ki, T.Cəfərli Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr olaraq çalışır. Son zamanlar ağır rejimdə işlədiyi üçün psixoloji gərginlik keçirdiyi bildirilir. Məsələ ilə bağlı Almaniya hüquq-mühafizə orqanlarına müraciət olunub.