Çexiyada "Yablonets" və Danimarkanın "Randers" klubları arasında UEFA Avropa Konfrans Liqasının qrup matçını Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Bakupost.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, referi köməkçisi Zeynal Zeynalovun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyasını yerinə yetirməli olan Elçin Məsiyev Akif Əmirəli ilə birlikdə yan xətt hakimi kimi fəaliyyət göstərib. Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.
Ağayev, Məsiyev və Əmirəli oktyabrın 23-də Bakıya qayıdacaq, Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.