Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı fotoqraf 95 yaşında vəfat etdi

  • 2022.01.04 11:50
  • 1246 Baxış
Azərbaycanlı fotoqraf 95 yaşında vəfat etdi
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Kamal Babayev vəfat edib.

Medicina.az bildirir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, K.Babayev uzun sürən xəstəlikdən sonra 95 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, K.Babayev 1927-ci il iyunun 3-də Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və bu günə kimi muzeyin fotoqrafı kimi işləyib.

1990-cı illərdə Moskvada çıxan "Panorama Azərbaycana" qəzeti ilə əməkdaşlıq edib, fotoşəkil və məqalələri dərc olunub. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş "Master i Marqarita" müsabiqəsinin və "Serdse" müsabiqəsinin diplomlarını alıb. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış "Azərbaycan fotoqraflarının əsərləri" sərgisində bir neçə əsəri ilə çıxış edib. "Azərbaycan Elmlər Akademiyası" fotoalbomunun müəllifidir.