Diktor Lüdmila Nəzərli COVID-19-a yoluxub, vəziyyəti ağırdır.
Medicina.az xəbər verir ki, bu barədə onun qızları sosial şəbəkədə bildirib.
Məlumata görə, L. Nəzərli hazırda reanimasiyadadır.
Qeyd edək ki, diktor Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.
L. Nəzərli ötən il "Tərəqqi" medalına layiq görülüb.