Azərbaycanda deputat koronavirusa yoluxub.
"BakuPost"un məlumatına görə, bu barədə deputat Sahib Alıyev özü bildirib.
Deputat qeyd edib ki, nə qədər özünü qorumağa çalışsa da koronavirusa (COVİD-19) yoluxub. "Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər".