Azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) bu gün Nijni Novqorodda keçirilməsi planlaşdırılan konserti təxirə düşüb.
"Medicina" xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. O, bildirib ki, burnu axır və boğazı ağrıyır:
" Qərara gəldik ki, Nijni Novqorod və Kazandakı konsertlərimizin tarixini gələn aya dəyişək. Digər konsertlərim isə vaxtı dəyişdirilməyib".