ATU-nin Tədris Cərrahiyyə Klinikasının cərrahı Elçin Abdinov Türkiyənin Antalya şəhərində keçirilən 5-ci Beynəlxalq və 3-cü Aralıq dənizi ölkələrinin piylənmə və metabolik pozulmaları xəstəliklərinə həsr olunan konqresdə iştirak edib.
Medicina.az xəbər verir ki, konqres Türkiyənin Piylənmə Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə keçirilib.
Həmyerlimiz işlədiyi Tədris Cərrahiyyə Klinikasında tətbiq olunan laporaskopik qastrektomiya əməliyyatının patoloji piylənmə xəstələrinin qaraciyərinə təsiri barədə məruzə edib.