Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.
"Medicina" xəbər verir ki, hələ fevral ayında planlı olaraq onurğa kanalı stenozu səbəbindən Ege hospitalda əməliyyat olunan aktyorun səhhəti daha da pisləşib və əməliyyat uğurlu olmayıb.
Bu barədə aktyorun qızı açıqlama verib.
"Həkim bizə dedi ki, hərəkət qabiliyyətini itirmə ehtimalı 1 faizdir. Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirdi. Azərbaycan səhiyyəsindən iyrənirəm. Atamı birbaşa ölümə tərk etdilər".
O, bildirib ki, aktyor hələ də xəstəxanada müalicə alır.
Medicina.az