Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı aktyor azyaşlı övladının ölümündə həkimləri günahlandırdı - Diaqnoz qoya bilmirdilər

  • 2018.08.20 16:24
  • 7487 Baxış
Azərbaycanlı aktyor azyaşlı övladının ölümündə həkimləri günahlandırdı -  Diaqnoz qoya bilmirdilər
Aktyor Sadiq Nasirin oğlu dünyasını dəyişib.


Medicina.az  milli.az-a istinadən bildirir ki, aktyor oğlunun ölümündə həkimləri günahlandırıb:


"Ürəyim, içim qan ağlayır. Allah heç kimə bala acısı göstərməsin. Oğlumu həkimlər oldürdü, o günahsız mələk həkim səhlənkarlığının qurbanı oldu. Həkimlər ona heç bir diaqnoz qoya bilmədilər, bütün analizlərin cavabı təmiz çıxdı.


Yas məclisini yola verəndən sonra məhkəməyə üz tutacağam. Həmin həkimlər mütləq şəkildə cəzalarını çəkməlidir".