Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı aktrisa vəfat etdi

  • 2022.09.22 13:53
  • 2430 Baxış
Azərbaycanlı aktrisa vəfat etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü, aktrisa Fərqanə Quliyeva vəfat edib.

Medicina.az xəbər verir ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində kitab evində bədii qiraətlə məşğul olub,


Şən və Hazırcavablar Klubunda çıxış edib. Kitabxanalarda, teatrlarda dünyagörüşünü zənginləşdirib ki, bütün bunlar da sonralar ona pedaqoji fəaliyyətində çox kömək edib.

\
F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.

O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.