Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın vərəmlə mübarizə sahəsində müsbət təcrübəsi Belarusun penitensiar sistemində tətbiq edilir

  • 2017.09.25 22:24
  • 13073 Baxış
Azərbaycanın vərəmlə mübarizə sahəsində müsbət təcrübəsi Belarusun penitensiar sistemində tətbiq edilir
Belarus Respublikası Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinin rəisi, milis general-mayoru Sergey Doroşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.


Səfərin birinci günündə qonaqlar Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov ilə görüşüblər.


Medicina.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən AZƏRTAC-a bildiriblər ki, C.Həsənov görüşdə Azərbaycan və Belarus xalqları arasında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş tarixi dostluq əlaqələrinin müvafiq sahədə də əməkdaşlığın inkişafına əlverişli şərait yaratdığını vurğulayıb. Nazir müavini son illər Penitensiar Xidmətdə kadr, məhkumların hüquq və azadlıqlarının təminatı, vərəmlə mübarizə, infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş işlər barədə qonaqlara ətraflı məlumat verib.


S.Doroşko Belarusun son illər cəza-icra siyasəti sahəsində əldə etdiyi uğurlar, əməkdaşlığın perspektivləri barədə danışıb. O, xüsusilə vərəmlə mübarizə sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olmaq məqsədilə Belarus nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.


Azərbaycanın vərəmlə mübarizədə nailiyyətlərini yüksək qiymətləndirən qonaq bu müsbət təcrübənin Belarusun penitensiar sistemində tətbiq edildiyini və nəticədə vərəmli məhkumlar arasında ölüm hallarının 35 dəfə azaldığını diqqətə çatdırıb. O, səfərin təcrübə mübadiləsi baxımından uğurlu olacağına və əməkdaşlığın davam etdirilməsinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

 




Azərbaycanın vərəmlə mübarizə sahəsində müsbət təcrübəsi Belarusun penitensiar sistemində tətbiq edilir