Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın tanınmış həkimi beynəlxalq konfransda məruzə edəcək

  • 2019.02.20 18:02
  • 7851 Baxış
Azərbaycanın tanınmış həkimi beynəlxalq konfransda məruzə edəcək

Arı və arı məhsulları ilə bir çox xəstəliklərin müalicəsi mövzusunda 22-24 fevral tarixlərində Qazaxıstanda növbəti Beynəlxalq elmi –praktik konfrans keçiriləcək. 


Medicina.az xəbər verir ki, konfransda  Azərbaycanda apiterapiya ilə məşğul olan yeganə mütəxəssis, tanınmış həkim Seyfəddin Əsəd də iştirak edəcək. 

Təbii üsullarla müalicə üzrə peşəkar apiterapevt Seyfəddin Əsəd konfransda  "Apiterapiya endokrinologiyada”, "Apiterapiya nevrologiyada”, " Apiterapiya andrologiyada" və "Apiterapiya Kardiologiya” mövzularında məruzə ilə çıxış edəcək. Bundan başqa o, iki mövzuda - miqren və androloji müalicə metodlarından master-klass keçirəcək. 


Konfransa Rusiya, Qazaxıstan, Ukraynadan  dəvət olunan həkimlər, apiterapevtlər, Xalq təbabəti biliciləri təbiətin möcüzəsi olan  bal, arıçılıq məhsulları və arı zəhəri ilə müalicə və reabilitasiya sahəsində əldə etdikləri təcrübələri bölüşəcəklər.


Qeyd edək ki, apiterapiya arı zəhəri və arı məhsulları ilə mülaicə metodudur. Azərbaycanda bu sahə üzrə  yalnız Seyfəddin Əsəd məşğul olaraq, bu vaxta kimi arı sancma vasitəsilə bədənə arı zəhəri yeridilməsi və yanaşı olaraq arının 10-dan çox məhsulunu tətbiq etməklə onlarla xəstəni sağaltmışdır.

 



Azərbaycanın tanınmış həkimi beynəlxalq konfransda məruzə edəcək