Bu gün Azərbaycanda ilk dəfə alqologiya üzrə ixtisaslaşan, invaziv ağrı müalicəsi metodikalarını tətbiq edib, ilk Ağrı mərkəzini açan tanınmış həkim, alqoloq, fleboloq Zülfüqar Yusifovun doğum günüdür.
“Medicina” xəbər verir ki, o, 15 iyun 1970-ci ildə Füzuli rayonunda anadan olub.
1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Alqologiya – ağrıların müalicəsi elmi ilə məşğul olmağa başlayıb və bir çox nailiyyətlər əldə edib.
Zülfüqar Yusifov Dünya Ağrı İnstitutu, Amerika Regional Anestesiya və Ağrı Assosisiasiyasının, Dünya Ultrasəs altında Ağrı Müalicəsi Akademiyasının üzvü, Amerika Fleboloji Kolleci, Damar Ulturasəs Cəmiyyəti (SVU)üzvüdür.
Ali dərəcəli beynəlxalq tibbi titulları qazanıb.
- EULAR TTT Seritifikatı - Roma - 2015
- CİPS - London - 2018
- FİPP - İstanbul - 2019
Zülfüqar Yusivov damar cərrahiyyəsi, fleboloji problemlər, onurğa, oynaq, damar, baş ağrıları, üçlü sinir, sümük, əzələ, oynaq ağrıları üzrə ən son texnoloji metodlardan istifadə edərək müalicə, əməliyyat və blokadalar edir.
Alqologiya tibbin yeni bir qoludur, burda xəstənin ağrılarının səbəbi, qaynağı, patofiziologiyası öyrənilir, diaqnostikanın keyfiyyəti yaxşılaşdırılır, tamam fərqli müayinə metodlarından istifadə olunur, ağrının ləğvi üçün təkmilləşmiş selektiv metodlar tətbiq edilir.
2013-cü ildə Ankara Tibb Mərkəzi Nəzdində yaradılmış ilk Ağrı Mərkəzinin rəhbəridir.
Medicina.az dəyərli həkimi ad günü münasibətilə təbrik edir, ona yeni uğular, uzun ömür arzulayır.
Aygün Musayeva
Medicina.az