Hər bir ölkənin özünəməxsus səhiyyə tarixi var və şükür ki, Azərbaycanın səhiyyə sisteminin tarixi qürurvericidir.
Medicina.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində deyib.
Mir Şahinin suallarını cavablandıran nazir 30-cu illərdə müəyyən yoluxucu xəstəliklərlə mübarizəni, eləcə də İkinci Dünya Müharibəsi dövründə yaralıların xidmətinə verilən qospitalların fəaliyyətini xatırladıb.
Nazir 70-80-ci illərdə silsilə şəkildə tikilib istifadəyə verilən müasir xəstəxanalara və elmi-tədqiqat institutlarına, eləcə də 2003-cü ildən başlayan dünyəvi müasir səhiyyə sisteminə keçid dövrünə diqqət çəkib. O, son illərdə səhiyyənin rəqəmsallaşmasının da rolunu xüsusi qeyd edib.
Aysel