Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın seçdiyi Çin vaksini: Keyfiyyətlidirmi? – Həkim açıqladı

  • 2021.02.08 12:22
  • 1755 Baxış
Azərbaycanın seçdiyi Çin vaksini: Keyfiyyətlidirmi? –  Həkim açıqladı

Bu gündən 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır.

Məlumata görə, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Lakin hələ də bir çox insanların peyvəndlə bağlı tərəddüdləri var. Belə ki, bir tərəfdən koronadan qorunmaq istərkən, digər yandan da onun əks təsirləri olma ehtimalını düşünərək bundan çəkinirlər. Ölkəmizdə peyvənd üçün istifadə olunan Çinin "Sinovac" şirkətinin "Coronovac" vaksini isə birmənalı qarşılanmır. İnsanlar Almaniya yaxud Rusiya istehsalı olan vaksinlərdən istifadənin tərəfdarıdırlar.

Bəs Azərbaycanın aldığı vaksin keyfiyyətlidirmi? Bu peyvəndin insanlar üçün hansısa təhlükəsi ola bilər?

Mövzu ilə bağlı Medicina.az ya danışan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib ki, Almaniyanın “Biontech” və ABŞ-ın “Pfizer” şirkətləri tərəfindən hazırlanan koronavirus vaksini bütün inkişaf etmiş ölkələrin gündəmindədir:



“Bu, Türkiyədə də ciddi şəkildə müzakirə olunur ki, biz niyə kütləvi vaksinasiya üçün “Biontech”i deyil, Çin istehsalı olan “Sinovac” peyvəndini seçdik. Məsələ burasındadır ki, başlanğıcda ciddi bir loqistik problem var idi. m-RNT vaksini olan “Pfizer” vaksininin daşınması, ölkələrə çatdırılması, mənfi 70 dərəcədə saxlamaq gərəkliliyi onun əlçatanlılığını çətinləşdirirdi. İkinci bir tərəfdən, “Pfizer” və “Biontech” vaksinin faza tədqiqatlarını çox şəffaf apardı və mükəmməl nəticələr açıqlandı. Nəticələrin şəffaf şəkildə mütəmadi açıqlanmağı, “Pfizer”in təhlükəsizliyinin tam, faydalılığının 90%-in üstündə olmağı, üçüncü faza çalışmalarının 40 mindən çox insan üzərində aparılıb bütün detallarının ictimaiyyətə açıqlanmağı, onu Avropanın ilk seçdiyi vaksin halına gətirdi. Rusiyanın “Sputnik V” vaksininin toksikoloji analizi Türkiyədə hələ də davam edir. Doğrusu, Türkiyədə açıqlanan məlumatların şəffaflığına şübhə var və toksikoloji mərhələdən uzun müddətdir ki, keçə bilmir”.



T. Rəsulova əlavə edib ki, bu uzun illərdir istifadəsini, əlavə təsir profilini, təhlükəsizliyini yaxşı bildiyimiz innaktiv üsulla hazırlanmış vaksindir: “Bu o deməkdir ki, öldürülmüş virusdan hazırlanan vaksin vücuda yeridilir və orqanizm onu yad maddə kimi tanıyıb ona qarşı immunitet yaradır. “Sinovac”ın birinci və ikinci faza nəticələri çox yaxşı idi. Üçüncü faza çalışmaları 3 ölkədə - Türkiyə, Brazilya və İndoneziya aparılırdı. Biz üçüncü fazadan da yüksək nəticə gözləyirdik və Brazilya 3 dəfə ertələdikdən sonra nəhayət nəticələri açıqladı. Ən önəmlisi və mənim də tərəddüdsüz hətta səbirsizliklə “Sinovac” vaksinini vurdurma səbəbim vaksinin orta ağır və ağır xəstəlikdən qoruma faizinin 100% olmasıdır. Ümumi qoruyuculuq ayrı-ayrı ölkələrdə müxtəlif çıxmağına baxmayaraq, ən azından xəstəliyi ağır keçirməkdən qoruyacağı dəqiqdir. Odur ki, vaksin vurulan bir həkim olaraq, hər kəsə dərhal könüllü müraciət etməyi tövsiyə edirəm”.

Aygün Nəbiyeva