Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın quru sərhədlərinin açılması hələ gözlənilmir

  • 2021.12.28 18:15
  • 2277 Baxış
Azərbaycanın quru sərhədlərinin açılması hələ gözlənilmir


“Omikron” ştammının qorxusu var və bu vəziyyətdə Azərbaycanla qonşu ölkələr arasında quru sərhədlərin açılması müzakirə edilmir”.

Medicina.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, quru sərhədlər hazırda bağlıdır:

“Xüsusi icazə vasitəsilə quru sərhədlərdən keçmək mümkündür. Bunun üçün Operativ Qərargahından icazə alınmalıdır”.

“Omikron” ştammı ilə bağlı təhlükə mövcuddur və gələcəkdə nə olacağı bilinmir. Ümid edirik ki, bu təhlükə bitəcək və turizmin inkişafına şərait yaranacaq”, - deyə Ş.Mövsümöv qeyd edib.