Medicina.az xəbər verir ki, Azərbaycanın tanınmış hərbi həkimi, komandir, osteopatik müalicə üzrə ilk mütəxəssislərdən biri, özəl tibbi müəssisənin rəhbəri kimi çalışan Etibar Qasımov ötən gün kəskin ürək çatışmazlığından qəflətən vəfat edib.
Onu çox savadlı, bilikli, bacarıqlı və mehriban həkim kimi xarakterizə edirdilər. Son illər pasiyentləri osteopatik müalicə üzrə qəbul edirdi.
Allah rəhmət eləsin.