Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır

  • 2020.05.06 17:36
  • 1262 Baxış
Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır


“Gəncə-Qazax bölgəsində koronavirusa yoluxma 14 faiz, Lənkəranda isə 10 faiz təşkil edir”.

Medicina az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Gəncə zonasında koronavirusa yoluxma sürətlə artıb:

“Orada karantin rejiminə lazımi qədər riayət olunmadığı üçün yoluxma sayı artıb. Bütün yoluxmalar araşdırıldıqda məlum olur ki, xəstələnmə halları ailə üzvləri arasında olur. Bir vətəndaş ailə üzvlərini də xəstəliyə yoluxdurur.

Digər tərəfdən, tibb işçiləri arasında da koronavirusa yoluxma halı müşahidə olunur. Gəncədə belə hal müşahidə olunmuşdu”.