Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycandakı restoranlarla bağlı şok açıqlama - “Vərəm xəstələri işləyir”

  • 2018.01.30 14:52
  • 17575 Baxış
Azərbaycandakı restoranlarla bağlı şok açıqlama -  “Vərəm xəstələri işləyir”
Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir.


Medicina.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.


O bildirib ki, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq, müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi: "Bu gün bu, unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”.


R.Mehdiyev qeyd edib ki, vərəm xəstəsi olan məhkumlar azadlığa çıxdıqdan sonra onlara nəzarət edilməlidir.


Son illərdə bu nəzarəti QHT-lərlə birgə təmin etdiklərini deyən R.Mehdiyevin sözlərinə görə, təcrübə göstərir ki, belə keçmiş məhkumlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtdığı zaman onlarda vərəmin daha kəskinləşmiş forması olur: "Bu isə onu göstərir ki, onlar azadlığa çıxdıqdan sonra vərəmi müalicə etdirmirlər və müəyyən müddətdən sonra daha kəskinləşmiş formada geri qayıdırlar. Buna görə də belə məhkumlara nəzarətin edilməsi çox vacibdir”.