TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusa yoluxma halının artmasının səbəbini izah edib.
Medicina.az xəbər verir ki, o bildirib ki, iş yerləri açıldıqca yoluxmanın sayında artım müşahidə edilməsi karantin və sosial məsafə qaydalarına əməl edilməməsinin nəticəsidir:
"İşçilər maska və fərdi davranış qaydalarına əməl etməyib, məsuliyyətli davranmayıb. Buna görə də qrup formasında yoluxmalar qeydə alınır".