Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda koronavirusa yoluxma azalmır - 315 xəstə, 5 nəfər öldü

  • 2020.06.09 18:13
  • 3807 Baxış
Azərbaycanda koronavirusa yoluxma azalmır  -   315 xəstə, 5 nəfər öldü

Azərbaycanda 315 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 5809 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349.200 test aparılıb