Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda yoluxma 5000-i ötdü - 21 nəfər öldü

  • 2022.02.01 19:06
  • 1884 Baxış
Azərbaycanda yoluxma 5000-i ötdü  - 21 nəfər öldü


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 223 yeni yoluxma faktı qeydə alınıb, 2 319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib, aktiv xəstə sayı 27 596 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 945, ötən müddət ərzində isə ümumilikdə 6 172 333 test aparılıb.