Azərbaycanda covid üçün PZR testlərin istehsalına başlanılır.
Medicina.az xəbər verir ki, tibbi şprislər istehsal edən zavod yeni istehsal xətti quraraq, PZR testlərin istehsalına da başlayır.
Burada istehsal olunan yerli COVID PZR testlərinin bir neçə vacib üstünlükləri var:
İlk növbədə ölkədən böyük məbləğdə valyuta axının qarşısı alınacaq
İkinsici, məhsulların qiymətlərinin aşağı olması ölkədə aparılan COVID testlərinin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.
Kantaminasiya riskinin təmamilə olmaması, pasientlərdə yanlış pozitiv nəticələrin olmasını aradan qaldıracaq.
Həmçinin bu reagentlərlə cəmi 1 saata, sadə COVID-19-la yanaşı onun mutasiyalarını da təyin etmək mümkün olacaq.